Keçən həftə “Bir az dözün” yazmışdım, “Yıxılmayın” demişdim, minlərlə alim, mikro-bioloq, farmakoloq, virusoloqun gecə-gündüz çalışdığını və “Peyvənd üçün hələ tezdir” amma hər keçən gün dərmanı, müalicəsi çıxacaq deyə status paylaşmışdım. Bu 3 ayda o qədər məqalə, yazı oxumuşdum ki.. Hətta çin dilindən online tərcümə etdirib onları da oxuyurdum.

Bilirdim ki, bu belə gedə bilməz, belə ola bilməz. Və həqiqətən də olmaq üzrədir, olur..

Avstraliyada IVERMECTIN adlı anti-parazit (Təbiətin qəribə paradoksuna baxın) dərmanı 48 saat içində COVID19-u öldürdüyü sübut olundu. Ən qısa bir zamanda klinik çalışmaları bitirib insanlığı böyük bir bəladan xilas edəcək bu dərman.

Əslində mən bu gözəl xəbəri 2 gün əvvəldən bilirdim. Ancaq Ürək və Damar xəstəlikləri Uzmanı Prof.Dr. Bengi Başerin bunu sosial mediaya bəyan etməsilə artıq yazmaq olar dedim. Yazım ki, bu gecə rahat yataq, amma mütləq “Evdə qalaq”. Çünki bu və ya digər çarələr gəlib çatıncaya qədər yaşamaq və yaşatmaq lazımdır.

Çatdıra bilsəm bir azdan daha təfərrüatlı bir neçə önəmli xüsus haqda bildiklərimi yazacam…

Elmlə qalın! Sağlam qalın!