Qazax şəhər Murtuz Carçıyev küçəsi ilə Qarapapaq kəndi Elmar Hüseynov küçəsinin kəsişməsində kanalizasiya borusu partlayıb.

Bu barədə “Qərb Xəbər” saytına Ağköynək-Qarapapaq bələdiyyəsinin üzvü Muradov Rafiq məlumat verib.

Bildirib ki, gəlib təmir ediblər, amma yol dağılıb və antisanitariya baş alıb gedir: “Aidiyyəti qurumlardan bununla bağlı tədbir görmələrini tələb edirik”.