“Marneulidə ailələrə ərzaq məhsulları paylanılır”.

“Qərb Xəbər” saytının məlumatına görə, bu barədə Marneuli bələdiyyəsinin meri Zaur Darğallı şəxsi “Feysbuk” profilində yazıb.

O bildirib ki, bu mərhələdə 1000 ailə artıq ərzaq məhsulları ilə təmin edilib: “Marneulidə fəaliyyət göstərən ticarət obyektləri və özəl şəxslər sosial yardım tədbirlərində Munisipalitetin Meriyası ilə birgə fəal şəkildə iştirak edirlər. Munisipalitetin Yerli Özünüidarəetməsi xeyriyyə tədbirində iştirak edən hər bir şəxsə təşəkkür edir”.

Azərbaycanda isə hələki əhalinin ərzaq məhsulları ilə təmin olunacaq ilə bağlı hır hansı bir addım atılmayıb.

Sadəcə, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən tənha yaşayan və yaşı 70-dən yuxarı olan, ahıl şəxslərin evlərində sosial məişət xidmətləri ilə təmin olunduqları bildirilir. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilir.