Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikanın hər bir yerində olduğu kimi Tovuz rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib.

Belə ki, “Qərb Xəbər” saytının məlumatına görə, şəhərin mərkəzində hərəkətin gur olduğu yerlərdə dezinfeksiya işləri aparılıb.

Görülən işlərdən çəkilmiş fotoşəkilləri və videonu təqdim edirik: