Ağstafa rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası başverib.

Report xəbər verir ki, Ağstafa rayon Düzqışlaq kənd ərazisində “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü və 2 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, aşan avtomobil taksi olub.

Faktla bağlı araşdırma aparılır.