Qazax rayonunda fəaliyyət göstərən apteklərdə tibbi preparatlar tapılmır.

“Qərb Xəbər” əməkdaşlarının məlumatına görə, bir neçə gün öncəyə qədər adama iki maska, bir tibbi spirt satılırdı. Bu gün isə apteklərə üz tutan vətəndaşlara birmənalı “yox” cavabı verilir.

Bundan əlavə, Qazax Rayon Mərkəzi Xəstəxanasında da karantin elan olunduğu bildirlir. Belə ki, yarasını tutub gələn vətəndaşlar geri qaytarılır.

Qeyd edək ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.