Qazax rayonunda 3 avtomobilin iştirakı ilə baş verən avtomobil qəzası zamanı xəsarət alanlardan biri yerləşdirildiyi xəstəxanada ölüb.

Report-məlumatına görə, yaralılardan biri, 30 yaşlı Qorxmaz Biləndər oğlu Murğuzovun həyatını xilas etmək mümkün olmayıb.

O, bu gün yerləşdirildiyi xəstəxanada ölüb.

Qeyd edək ki, Qazax rayonunun Çaylı kənd yolunda 3 avtomobilin iştirakı ilə başvermiş avtomobil qəzası zamanı, 29 yaşlı Vüqar Etibar oğlu Bənnaye, 31 yaşlı Afiq Qərib oğlu Carcıyev, 30 yaşlı İkram İsfəndiyar oğlu Qocayev və 10 yaşlı Təranə Rza qızı Məmmədova da xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.