Bu ilin yanvar-fevral aylarında Azərbaycan 21,544 milyon ABŞ dolları dəyərində 98,154 min ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,895 milyon ABŞ dolları (61,1%) və 151,778 min ton (60,7%) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,2%-ni təşkil edib.