“Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Feysbuk” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

“Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin”, – deyə o əlavə edib.