Gədəbəy rayonunda ağır yol-nəqliyyat  hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Düzyürd ərazisində qeydə alınıb. 

Qəza nəticəsində 2 nəfər – Nüşabə Hüseynova və onun oğlu Ruslan Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə zamanı 3 nəfər  – 10 yaşlı Məcid Nuriyev, 65 yaşlı Mahir Nuriyev və 59 yaşlı Səriyyə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.