Gürcüstanda koronavirusun aşkarlanamsından sonra Azərbaycanın bir sıra Kütləvi İnformasiya Vasitələrində (KİV) xəbərlər yayılıb ki, Gürcüstan Azərbaycanla quru sərhədi bağlayıb. Səbəb isə budur ki, guya Azərbaycandan keçən İran vətəndaşı Gürcüstanda koronavirusla bağlı saxlanılıb.

Məsələ ilə bağlı 24News.ge Gürcüstanın hökumət administrasiyası ilə əlaqə saxlayıb.

Sözügedən qurumun mətbuat xidməti məlumatı təkzib edib.

“Gürcüstan İranla quru sərhədi bağlayıb Azərbaycanla deyil. Bu məlumatı kim deyir? bu bir yalandır”,- deyə əlavə edib.

Qeyd edək ki, Gürcüstanın əmək, səhiyyə və sosial məsələlər naziri Ekaterine Tikaradze xüsusi brifinqdə bildirib ki, Gürcüstanda bir nəfərdə koronavirus aşkarlanıb. Nazir deyib: “Virus 50 yaşındakı Gürcüstan vətəndaşında aşkarlanıb. Hansı ki, həmin vətəndaş dünən Azərbaycandan keçərək ölkəmizə daxil olub. Vətəndaşın daha əvvəl İran İslam Respublikasında səfərdə olub”.

Nazirin bu çıxışının ardından hökumət rəsmi olaraq İranla quru sərhəddi də bağlayıb.