Dövlət Tərcümə Mərkəzi litvalı jurnalist Riçardas Lapaytisin Xocalı qırığını ilə bağlı söhbətini yayıb.

1992-ci il fevralın 25-dən 26-na silahlı erməni birləşmələri Azərbaycanın Xocalı şəhərini işğal edərək 613 nəfəri qətlə yetirib.

Qırğın zamanı təsadüfən Xocalıda olmuş litvalı jurnalist Riçardas Lapaytis faciəni qələmə alıb, 2015-ci ildə bunun əsasında “Sonsuz dəhliz” sənədli filmi ekranlara çıxıb.