Gələcəkdə icbari tibbi sığortası olan hər kəsə dərmanların da pulsuz verilməsi istiqamətində işlər aparılacaq.

“Qərbxəbər”in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bildirib.

O bildirib ki, hazırda dərman vasitələri dövlət proqramına uyğun olaraq xəstəxanalarda pulsuzdur. “Yalnız xəstəxanada yatmadan müalicə yazılırsa, dərman ödəniş edilərək apteklərdən alınır”, – deyə Ş.Eyvazov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə gələcəkdə işlərin görülməsi planlaşdırılıb.

Qeyd edək ki, icbari tibbi sığorta hazırda şimal bölgəsində tətbiq olunur. Aprelin 1-dən isə Qərb zonasında da tətbiqinə başlanacaq və bu istiqamətdə tədbirlər həyata keçirilir.