Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Toğrul Musalının icra etdiyi “e-future”- aztəminatlı gənclərə İKT bilik və bacarıqlarının aşılanması” layihəsi çərçivəsində təşkil olunan kompüter kursunda dərslər davam edib.

Beşinci təlim günündə “Microsoft Word” proqramının tədrisi başa çatıb. İştirakçılar daha sonra öyrəndiklərini praktikada tətbiq ediblər. Sabah “Microsoft Excell” proqramının tədrisinə başlanılacaq.

Qeyd edək ki, layihənin məqsədi Qazax şəhərində aztəminatlı ailələrdən olan gənclər, eləcə də tələbələr üçün ödənişsiz kompüter kursunun təşkilidir. Kursda dərslər təcrübəli təlimçi İradə Həsənova tərəfindən keçirilir. Təlim kursunda 25 gənc iştirak edir.