Bakı-Qazax yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Təxminən 22:00 radələrində Əliyaqublu kəndi ərazisində baş verən hadisədə iki Mercedes-Benz markalı avtomobil toqquşub.

Hadisə yerində olan “Bölgənin Səsi” saytının müxbirinə ölən və yaralananların olduğu bildirilib.

Hadisə yerinə təcili-tibbi yardım əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib.