Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində meydana gələn və insan tələfatına səbəb olan koronavirus epidemiyasına yeni ad tapıb.

“DW Türkçe” virusun bundan sonra “Covid-19” adlandırılacağını yazıb.

Xatırladaq ki, bundan əvvəl Çin Milli Səhiyyə Komitəsi virusa “Yeni koronavirus pnevmaniyası” (NCP) adını vermişdi.

Qeyd edək ki, bu günə qədər virusdan ölənlərin sayı 1 100-ü ötüb, yoluxan şəxslərin sayı isə 42 mini keçib.