“Mədəni İrsimizi Turizm İmkanlarına çevirək” layihəsi çərçivəsində ilk səfər Qazax rayonunda baş tutub.
“Bölgənin Səsi” saytının məlumatına görə, səfərdə Şəmkir və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri həmçinin Gəncədən olan aktiv gənclər iştirak ediblər.
Layihənin keçirilməsində məqsəd, Azərbaycanın qərb bölgəsində turizmin inkişafına dəstək olmaq, potensial turistlərin cəlb edilməsi, tarixi mədəniyyət abidələrimizin təbliğ edilməsi, bu sahədə əlaqələrin genişləndirilməsinə dəstək olmaqdır.
Səfərdə gənclər Qazax Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Şəhidlər Xiyabanı, Damcılı bulağı, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi, Səməd Vurğunun poeziya evi, Qazax müəllimlər Seminariyyasi, İsrafil Ağa hamamı, Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
Qeyd edək ki, layihə 13 qrant müsabiqə çərçivəsində Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.