Gürcüstanda 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun xatirəsi anılıb.

Şəhidin doğulduğu Saqareco rayonunun Yormuğanlı kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub.

Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, şəhidin qohumları, tələbə yoldaşları, ziyalılar və səfirlik əməkdaşları iştirak ediblər.

Daha sonra D.Həsənov və səfirlik nümayəndələri şəhidin yaxınlarını ziyarət ediblər, onların vəziyyətləri ilə maraqlanıblar. Səfirlik adından şəhidin qohumlarına ərzaq sovqatı təqdim olunub.

20 Yanvar faciəsinə həsr olunan anım tədbiri Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində də təşkil olunub.