Ötən ildə Azərbaycanda 13 min zəlzələ qeydə alınıb.

Bu barədə report-un sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkanlardan 6 minə qədəri yerli, 7 minə qədəri isə regional zəlzələdir: “Azərbaycan ərazisində baş verən zəlzələlərin 84-nün maqnitudası 3-dən yuxarı olub. Ötən il Azərbaycanda ən güclü zəlzələ (5,2 bal gücündə) fevralın 5-də Şamaxı-İsmayılı-Ağsu ərazisində qeydə alınıb. Fevralın 13-də həmin ərazidə daha bir güclü zəlzələ olub. Avqust ayında 4,9 bal gücündə daha bir güclü zəlzələ isə Zaqatalada olub”.