Bu gün Günəşlə Yer planeti arasında məsafə minimal olacaq. 

Bu barədə TASS-a astronavt, Moskva planetarisinin əməkdaşı Lyudmila Koşman bildirib.

“Bazar günü, yanvarın 5-də planetimiz öz orbitinin nöqtəsində Günəşə ən yaxın məsafədə olacaq. Hansı ki, o ildə bir dəfə baş verir. Yer kürəsi həmin nöqtədən yanvarın əvvəlində keçir. Bu, 147 milyondan çox kilometrdən ibarətdir”, – deyə o bildirib.

L.Koşman xatırladıb ki, Yer kürəsində mövsüm dəyişikliyi onunla şərtlənir ki, planetin fırlanma oxu yer orbitinin səthində yastılığa meylə malikdir, amma bu heç də o demək deyil ki, Yerdən Günəşə qədər məsafə dəyişir.

Planetimizin Günəş ətrafında tam dövrü 365 gün 6 saat 9 dəqiqə 10 saniyə çəkir. Yer kürəsi Günəşin ətrafında 29,765 km/san orta sürətlə ellips orbiti üzrə hərəkət edir.