Azərbaycanda 2019-cu ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 362,4 milyon manat təşkil edib ki, onun da 3 milyard 731,1 milyon manatı heyvandarlıq, 3 milyard 631,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 11,3 faiz artıb.