Bu gün D. Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin yaranmasının 30 illiyi tamam olub.

“Bölgənin Səsi” saytının məlumatına görə, bununla bağlı bu gün Bakıda Həyat Recency mehmanxanasında tədbir keçirilib.

Tədbirdə cəmiyyətin sədri Novella Cəfəroğlu geniş çıxış edərək hesabat verib.

Daha sonra tədbir iştirakçıları ürək sözlərini deyib.

Yekunda Bakı Film School studiyasının qurumun fəaliyyətinə həsr olunan filmi nümayiş olunub.