Prezident İlham Əliyev 2020-ci ilin dövlət büdcəsini imzalayaraq qanunun tətbiqinə fərman verib. Dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat səviyyəsində rəsmiləşib.

Novator-un məlumatına görə, xərc istiqamətləri belədir:

iqtisadi fəaliyyət – 5 milyard 602,4 milyon manat

ümumi dövlət xidmətləri – 4 milyard 9,6 milyon manat

müdafiə və milli təhlükəsizlik – 3 milyard 853,5 milyon manat

sosial müdafiə və sosial təminat – 3 milyard 244,5 milyon manat

təhsil – 3 milyard 155,7 milyon manat

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 1 milyard 970,4 milyon manat

səhiyyə – 1 milyard 369 milyon manat

kənd təsərrüfatı – 920,9 milyon manat

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 441,9 milyon manat

ətraf mühitin mühafizəsi – 279,8 milyon manat

mənzil və kommunal təsərrüfatı – 249,1 milyon manat

əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 797,2 milyon manat.

Büdcə zərfinə digər sənədlər də daxildir.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 825,5 milyon manat, işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 128,2 milyon manatdır.

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülür.