“Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsi artıq “Sınıq Körpü” Sərhəd keçid məntəqəsində tətbiq olunur.

“Bölgənin Səsi” saytının məlumatına görə, Dövlət Gömrük Komitəsində Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən “Elektron Növbə” sisteminə qoşulma qaydaları aşağıdaki şəkildə aparılır:

1. Play Market və ya App Store platformalatından “Smart Customs” mobil proqram təminatını telefona yükləyib qeydiyyatdan keçməklə;

2. DGK-nın rəsmi internet səhifəsindən (www.customs.gov.az) “Elektron Növbələr” bölməsinə keçərək “Elektron Növbə/Sürətli keçid/CİP xidmətləri” elektron xidmətini seçməklə.

Qeyd edək ki, sistem 2018-ci il oktyabrın 16-da təqdim olunub.