Qazax şəhər Mədəniyyət Evində “Qərb regionunda fəaliyyət göstərən QHT-lərin idarəetmə bacarıqlarının artırılması və onlara təşkilati-texniki xidmətlərin göstərilməsi” mövzusunda təlim keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyr-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi tərəfindən təşkil olunub.

Tədbirin təlimçisi, Qazax Regional İnkişaf Resurları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu bölgələrdəki vətəndaş təşəbbüsləri və onların müsbət cəhətlərindən danışıb.

Daha sonra Yasin Əkbərov, Aftandil Cəfərov, Rafiq Muradov, Azər Əliyev, Vüsal İsmayılov, İsmayıl Süleymanov müzakirələrdə yaxından iştirak ediblər.

Qeyd edək ki, “Qərb regionunda fəaliyyət göstərən QHt-lərin idarəetmə bacarıqlarının artırılması və onlara təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi 20 aprel və 20 noyabr tarixlərini əhatə edir.