Bu il dekabrın ayının 23-ə planlaşdırılmış bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsində keçiriləcək. 1606 bələdiyyəyə 15156 üzv seçilməsi nəzərdə tutulub.

Seçki keçiriləcək bələdiyyələrin siyahısına buradan baxa bilərsiniz.

Seçkilər günü 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan Respublikası vətəndaşlarının bələdiyyələrə üzv seçmək hüququ vardır. 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları isə bələdiyyələrə üzv seçilə bilərlər.

Namizədlərin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 3-dən noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-dan dekabrın 22-dək çəkəcək.