Gəncə şəhərində yerləşən Ramada otelində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının(AQSİA) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə birlikdə Qadınların İqtisadi və Sosial həyatda iştirakının təşviqi və peşəkar şəbəkələşməsi” layihəsinin yekun tədbirini keçirilib.

Tədbirdə layihə çərçivəsində Gədəbəy, Tovuz, Daşkəsən rayonlarında fəaliyyət göstərən sahibkar qadınlar iştirak edib.

Tədbirin əsas məqsədi bölgələrdəki sahibkar qadınların qarşısında duran problemləri, nöqsanları aradan qaldırmaq, sahibkar qadınlara biznesi daha mükəmməl öyrətmək, onların sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. Gəncə-Qazax iqtisadi rayonunda Yerli və Regional İnkişafa Dəstək layihəsinin bir komponenti olaraq və potensial sahibkar qadınların iqtisadi və sosial həyatda iştirakının yaxşılaşdırılması, onların bacarıqlarının gücləndirilməsi və bölgəni təmsil edən sahibkar qadınların peşəkar şəbəkəsinin qurulması məqsədi ilə həyata keçirilir.