BMT Baş Məclisinin müvafiq qətnaməsinə əsasən, hər il oktyabr ayının 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, “Sosial xidmət haqqında” qanuna əsasən Azərbaycanda yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkədə ahıl vətəndaşların sayı 400 minə yaxındır.

Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Hər il 9 May – Qələbə günü ərəfəsində dövlət başçısının müvafiq Sərəncamı imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına və ya sonralar vəfat etmiş döyüşçülərin dul həyat yoldaşlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar verilir.