Bu il Azərbaycanda Nəsimi adı qoyulan körpələrin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, cari il ərzində 17 uşağa Nəsimi adı qoyulub. Belə ki, ötən ilə nisbətən bu adın qoyulması halları 3.4 faiz artıb.

Qeyd olunub ki, ümumilikdə, son 5 il ərzində Azərbaycanda 56 uşağa Nəsimi adı qoyulub. 2015-ci ildə 11, 2016-cı ildə 12, 2017-ci ildə 11 və 2018-ci ildə 5 uşağa Nəsimi adı qoyulub.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.