Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyası sədrinin birinci müavini olmuş filologiya üzrə fəlsəfə doktoru Vurğun Əyyub bu gün 62 yaşında vəfat edib.

Okoloji xəstəlikdən əziyyət çəkən və bir neçə gün öncə komaya düşən V.Əyyub Hövsan Qəsəbəsindəki “Dədə Qorqud” qəbirstanlığında torpağa tapşırılıb.

“Bölgənin Səsi” saytının kollektivi mərhumun ailəsinə, silahdaşlarına, yaxınlarına başsağlığı verir.