Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qalakənd adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elman Polad oğlunun Qalakənd meşəsində qeyri-qanuni yolla kəsdiyi ağac onun üzərinə düşüb. E.Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.