Qazax rayonunda torpaq uçqunu zamanı ölən şəxsin kimliyi məlum olub. 

Oxu.az xəbər verir ki, bədbəxt hadisə zamanı dünyasını dəyişən şəxs 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğludur.

Qeyd edək ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb. Hadisə zamanı ağır yaralanan 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hadisənin kanalizasiya sisteminin yeniləməsi zamanı baş verdiyi bildirilir.