Bu gün 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş, Xüsusi Təyinatlı Qüvvələrin baş-leytenantı Elvin Məmməd oğlu Namazovun ad günüdür. Bu münasibətlə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Gənc Könüllülər” şəhidin məzarını və ailəsini ziyarət edib.
Onun doğum günü ata yurdunda əmisinin adını yaşadacaq balaca Elvinin adqoyma mərasimi ilə qeyd edilib.
Mərasimdə həmçinin şəhidin doğmaları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov və aparatın əməkdaşları, eləcə də, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, “Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, şəhidin döyüş yoldaşları iştirak edib.
Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub, 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirib.