Təhsil Nazirliyi telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) daxil olan zənglərin və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərin statistikasını açıqlayıb.

Hesabata görə, avqust ayında hər iki mərkəzə ümumilikdə 28 min 767 müraciət daxil olub, 24 min 918 zəng qəbul edilib, 3 min 849 vətəndaşa xidmət göstərilib.

1077 sənədin (650 ərizə, 427 məktub) qəbul olunub qeydiyyata alındığı bildirilir.