Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə “Gənc Könüllülər” “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatına səfər edib.

Səfər çərçivəsində könüllülər Birinci Şıxlı kəndində fəaliyyət göstərən kəndli-fermer təsərrüfatının iş şəraiti, fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının açılışı 2016-cı il oktyabr ayının 19-da cənab Prezident İlham Əliyevin Qazax rayonuna gerçəkləşən səfəri çərçivəsində baş tutub.

Təsərrüfatın ümumi ərazisi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar yaradılıb. Həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb.Bundan başqa, kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi yaradılıb.