Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 8 komanda 28-ci ölkə çempionatının mükafatları uğrunda mübarizəyə başlayacaq. İndiyədək keçirilən 27 yarışda 1422 futbolçu qol vurmağı bacarıb.

28-ci çempionat ərəfəsində 28 ən yaxşı bombardiri təqdim edirik. Bura 60-dan çox qol vuranlar düşə bilib. Ən məhsuldar futbolçular cədvəlinə Nazim Əliyev başçılıq edir. O, 183 dəfə fərqlənib. Müşfiq Hüseynov 125, Rövşən Əhmədov 116 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, yalnız 10 futbolçu 100 qol səddini keçə bilib

yer   futbolçu     qol

1 Nazim Əliyev 183

2 Müşfiq Hüseynov 125

3 Rövşən Əhmədov 116

4-5 Qurban Qurbanov 115

Samir Ələkbərov 115

6 Alay Bəhramov 108

7 Nadir Nəbiyev 103

8-9 Xaqani Məmmədov 102

Vadim Vasilyev 102

10 Kənan Kərimov 101

11 Musa Qurbanov 94

12 Fazil Pərvərov 89

13 Samir Musayev 88

14-15 Fərrux İsmayılov 85

İmamyar Süleymanov 85

16 Samir Əliyev 84

17 İsmayıl Məmmədov 76

18 İlham Məmmədov 74

19 Azər İsayev 73

20 Paşa Əliyev 72

21 Badri Kvaratsxeliya 71

22 Zaur Ramazanov 70

23 Yunis Hüseynov 66

24-25 Vidadi Rzayev 65

Mahir Əliyev 65

26-28 Mahmud Qurbanov 61

Ramiz Məmmədov 61

Georgi Adamiya 61