Bu gün Qazax GİKM-in təşkilatçılığı ilə “Gənc könüllülər” Aprel şəhidi Orxan Əliyevin anadan olduğu Aslanbəyli kəndində olub, ailəsi ilə görüşüblər. 

İlk olaraq könüllülər Aslanbəyli kənd qəbiristanlığında şəhidin məzarına gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər.
Daha sonra ailəsi ilə görüşüblər. Orxan Əliyevin həyatı, hərbi xidmət dövrü haqqında söhbət ediblər.
Qeyd edək ki, bu gün Orxan Əliyevin 24 yaşı tamam olur. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.