Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların sürətinə məhdudiyyət qoyulmasıdır.