Bu gün Qazax Dövlət Rəsm Qalereyasında “Nəsimi-650” başlığı altında rəsm sərgisi keçirilib.
Qazax GİKM və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşan sərgidə 20-dək gənc rəssamın əl işləri nümayiş olunub.
Tədbirdə Qalereyanın müdiri Münəvvər Xəlilova, Qazax GİKM-in direktoru İsmayıl Süleymanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək cənab prezident İlham Əliyevin dahi şairin 650 illiyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında imzaladığı müvafiq sərəncam və ondan irəli gələn fəaliyyətlərin həyata keçirilməsindən danışıblar və gənc rəssamlara gələcəkdə daha böyük sənət uğurları arzulayıblar.
Yekunda sərgi iştirakçıları Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar.