Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə gənclər arasında “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” intellektual oyunları üzrə turnir keçirilib.

“Bölgənin Səsi” saytının məlumatına görə, Gənclər Mərkəzində təşkil olunan yarışın “Nə? Harada? Nə zaman?” mərhələsində ilk 8 yeri tutan komanda “Breyn Rinq” mərhələsinə yüksəlib.

Bu raundun nəticələrinə əsasən, “Everest” komandası turnirin qalibi adını qazanıb. “Stronsium” II, “Monte Carlo” isə III pilləni tutub. Yekunda qalib və mükafatçılar müvafiq diplomlarla təltif olunub.

Qeyd edək ki, intellektual yarışda 21 komandanın heyətində 105 gənc öz biliyini nümayiş etdirib.