Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spiker Valeh Ələsgərov pensiyaların ildə bir dəfə indeksləşdirilməsinin səbəbini açıqlayıb. 

O deyib ki, istehlak qiymətləri indeksinə uyğun olaraq əmək pensiyalarının ayda bir dəfə indeksləşdirilməsi olarsa, rəqəm bir ay yüksələcək, bir ay enəcək.

“Bir illik ona görə seçilib ki, orta dəyəri qiymətləndirib, ona uyğun indeksləşdirilmə həyata keçirilir”, V.Ələsgərov əlavə edib.