2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 1,395 min kiloqram qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabat dövründə 1,364 min kiloqram gümüş hasil olunub. Bu göstərici, 2018-ci ilin ilk beş ayı ərzində 18,1 faiz çoxdur.

Bu ilin yanvar-may aylarında hasil olunan misin həcmi 805 ton təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 44,9 faiz çoxdur.

2019-cu il iyunun 1-ə olan vəziyyətə görə, hazır mis filizi məhsulunun həcmi 552,2 ton, qızıl filizi 219 kiloqram, gümüş filizi isə 590,4 kiloqram təşkil edir.