Qazax rayonunda 24 yaşlı oğlan su anbarında batıb.

Hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İlham Mirzə oğlu Nəbiyev kənd ərazisində yerləşən su anbarında boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb və tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.