Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, iyunun 24-nə olan operativ məlumata görə, ölkə ərazisində 595 min 192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299 min 218,7 hektar ərazidə arpa, 295 min 973,6 hektar ərazidə isə buğda biçini başa çatıb.

Ümumilikdə bu günədək ölkə üzrə 1 milyon 890 min 393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.

Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb.

Beyləqan, Füzuli, Cəlilabad, Qax və Biləsuvar rayonlarında isə arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13 min 449 hektar sahənin 13 min 284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8502 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş və Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.