Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 19-20-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.