Bu gün Qazax GİKM-nin İntellektual Oyunlar klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi rayon turniri keçirilib.

“Bölgənin Səsi” saytının məlumatına görə, Qazax Gənclər Mərkəzində reallaşan mövsümün son yarışında 33 komandanın heyətində 165 gənc biliyini nümayiş etdirib.

Yarışın birinci mərhələsində səslənən 15 suala ən çox düzgün cavab verən 6 komanda final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələnin nəticələrinə görə, “Volfram” komandası (müstəqil) I, “Stronsium” komandası (müstəqil) II, “Andromeda” komandası (müstəqil) isə III yerə layiq görülüb.

Qalib və mükafatçılar müvafiq diplomarla təltif olunublar.