Azərbaycanda evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin sayı açıqlanıb.

Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov belə şəxslərin sayının 6655 nəfər təşkil etdiyini deyib.

Onun sözlərinə görə, 7 nəfər stasionar şəraitdə, 54 nəfər inklüziv siniflərdə, 1393 nəfər inteqrasiya təlimli təhsil müəssisələrində, 2508 nəfər xüsusi məktəb və internat tipli müəssisələrdə təhsil alırlar.

Şöbə müdiri əlavə edib ki, Bakı şəhəri üzrə inklüziv təhsilə 4 pilot məktəb cəlb olunub: “Bu məktəblər üzrə layihədə 500 nəfər tipik uşaq, 27 ibtidai sinif müəllimi, 8 xüsusi təhsil üzrə mütəxəssis, 4 məktəb psixoloqu, 4 ibtidai təhsil üzrə direktor müavini və 4 məktəb direktoru iştirak edir”.