Qazaxda hava şəraiti kəskin dəyişib, yağış yağıb, dolub düşüb.

“Bölgənin səsi” saytının məlumatına görə, güclü və aramsız külək şəhər mərkəzində yerləşən “Mütəfəkkirlər” parkı ərazisində üç ağacı kökündən qoparıb. Heydər Əliyev Prospektinə yıxılan ağaclar yolu kəsib, işıq dirəyinə və bir “Opel” markalı avtomobilə zərər vurub.

Eyni zamanda yağan yağış və dolu ərazidə aparılan işi çətinləşdirib. Buna baxmayaraq kökündən qopmuş ağaclar ərazidən götürülüb, qalıqları təmizlənib.