Dünən Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə Mingəçevirdə “Avropa günləri”nin növbəti mərhələsi baş tutub. 

“Bölgənin Səsi” saytının xəbərinə görə, tədbirlə əlaqədar Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpusunun nümayəndələri, media nümayəndələri Mingəçevirdə olublar.

Qonaqları Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qəbul edib.

Mingəçevirin səhiyyə müəssisələrində gerçəkləşdirilən icbari tibbi sığorta layihəsinin gedişatı ilə tanışlıq olan tədbir iştirakçıları ardınca Səməd Vurğun meydanında təşkil olunmuş təqdimat mərasiminə qatılıblar.

Tədbir “Meridian” qrupunun ifasında rok konsert proqramı ilə davam etdirilib.

Bu gün Mingəçevirdə təşkil olunmuş “Avropa günləri” başa çatacaq.