Dövlət İmtahan Mərkəzinin mayın 19-da Bərdə şəhərində keçirdiyi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov Bərdə şəhər 5, 6, 8 nömrəli və Ağdam 12 nömrəli (Bərdə şəhərində) tam orta məktəblərində təşkil olunan imtahanda 2041 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahan 14 imtahan rəhbəri, 156 nəzarətçi‑müəllim tərəfindən idarə olunub.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.

Saat 11-də başlayan imtahan üç saat müddətində aparılıb və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.